image-reklam-veteninfo
image-1backend

Mariya Zaxarova: Heç kim Ermənistanı zorla KTMT-də saxlamır

image-reklam-veteninfo

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı (Aİ) arasında seçim məsələsi ilə bağlı mövqeyini tənqid edib.

Vətəninfo.az xəbər verir ki, Zaxarova bu barədə noyabrın 6-da keçirdiyi brifinqdə danışıb.

Rusiya XİN rəsmisi Ermənistanın Baş naziri Nikol Paşinyanı Aİİ və Aİ arasında seçim məsələsində ölkə ictimaiyyətini çaşdırmağa çalışmaqda ittiham edib.

Onun sözlərinə görə, Paşinyanın son açıqlamalarında konkret mövqe və aydınlıq yoxdur. Zaxarova bildirib ki, Aİİ-yə üzv dörd ölkənin liderlərinin mayın 29-da qəbul etdiyi bəyanatda İrəvana ünvanlanan konkret suallar hələ də cavabsız qalır.

“Aİİ tərəfdaşları hələ də rəsmi İrəvanın məntiqini başa düşmürlər. Hətta sadə məntiqə görə, hər hansı addım atmazdan əvvəl ilk növbədə öz xalqının fikrini öyrənmək lazımdır”, – deyə Zaxarova qeyd edib.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) mümkün çıxışı məsələsinə toxunan Rusiya XİN sözçüsü Cənubi Qafqazda alternativ təhlükəsizlik arxitekturasının formalaşması perspektivinin olmadığını iddia edib.

Zaxarovanın fikrincə, Qərb ölkələri öz hərbi inkişaf və idarəetmə standartlarını regiona gətirməyə çalışırlar, lakin bu dövlətlər Cənubi Qafqazda sabitliyi təmin etmək iqtidarında deyillər.

O, həmçinin Ermənistanın istənilən vaxt KTMT-də tamhüquqlu iştirakını bərpa edə biləcəyini bildirib.

“Heç kim Ermənistanı zorla təşkilatda saxlamır. Ölkənin nizamnamədə nəzərdə tutulan bütün prosedurları yerinə yetirmək və mövcud öhdəliklərini icra etdikdən sonra təşkilatdan çıxmaq hüququ var”, – deyə Zaxarova vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki