Uzun illər iyirmi faiz ərazimizi işğal altında saxlayan bədnam Ermənistan ordusu 27 sentyabr 2020-ci il tarixində növbəti təxribata əl ataraq Azərbaycan Ordusunun mövqelərini və dinc yaşayış məntəqələrini intensiv atəşə tutmağa başladılar. Bu təxribatın qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qoşunlarmızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlamasına qərar verildi.
Nəyi nə vaxt və necə edəcəyini hamıdan yaxşı bilən Ali Baş Komandan, ölkə başçısı cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, müzəffər Ordumuzun rəşadəti, şücaəti nəticəsində 44 gün ərzində işğalda olan torpaqlarımızın, xüsusən də Şuşa şəhərinin azad olunması Azərbaycanın hərbi və siyasi qələbəsinin mühüm rəmzinə çevrildi. Düşmən üzərində qazanılmış bu möhtəşəm qələbə ölkəmizin tarixi Zəfəri idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 noyabr Azərbaycanda Zəfər Günü elan edildi. Zəfər Günü ölkəmizin tarixində ən şanlı və əlamətdar günlərdən biridir.
Xalqımızın milli birliyinin, iradəsinin, vətənpərvərliyinin və qəhrəmanlığının təcəssümü olan bu bayram hər il noyabrın 8-də ölkəmizdə böyük ruh yüksəkliyi və təntənə ilə qeyd olunur. Zəfər Gününün qeyd edilməsi yalnız bayram tədbiri kimi deyil, həm də milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və Vətən tariximizə olan hörmətin ifadəsidir. Belə tədbirlərdə Azərbaycanın qazandığı tarixi Qələbənin əhəmiyyəti vurğulanmaqla yanaşı şəhidlərimizin əziz xatirəsi yad edilir, qazilərə və müharibə iştirakçılarına xüsusi ehtiram göstərilir və böyüməkdə olan gənc nəsilə vətənpərvərlik ruhu aşılanır.
Bu il də möhtəşəm, tarixi qələbəmizin ildönümü ilə əlaqədar ölkəmizin hər yerində – müxtəlif əmək kollektivlərində, tədris ocaqlarında, müəssisə və təşkilatlarında müxtəlif tədbirlər təşkil olunur ki, belə tədbirlərdən biri də Azərbaycan Su Ehtiyatları Agentliyinin tabeçiliyində fəaliyyət göstərən “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” PHŞ-də keçirilmişdir.
Qeyd edək ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə İnstitutun əməkdaşlarından da iştirak edənlər olmuşdur. Birinci Qarabağ müharibəsində İnstitun əmədaşı Rafiq Nəsrəddinov Ağdərə rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş və ölümündən sonra o, “Azərbaycanın Milli qəhrəmanı” adına layiq görülmüşdür. Hal-hazırda İnstitutda 2 nəfər şəhid ailəsinin üzvü, 7 nəfər Qarabağ qazisi, 2 nəfər isə qazi anası çalışır. Kollektivdə onlara həmişə hörmət və rəğbətlə yanaşılır və İnstitut rəhbərliyi tərəfindən isə onlar hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunurlar.
İnstitutda Azərvcan Respublikasının Dövlət Himninin sədaları altında başlayan Zəfər Gününə həsr olunmuş tədbirdə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqdəlik sükutla yad edildi və Vətən müharibəsindən bəhs edən “Zəfər tarixi” filmi nümayiş olundu. Sonra açılış nitqi ilə çıxış edən İnstitutun İdarə Heyətinin sədri Elbrus Paşayev hamını xalqımızın qürur, şərəf və milli birlik tarixi olan Zəfər Günü mübasibətilə təbrik edərək Ali Baş Komandan, ölkə başçısı cənab İlham Əliyev başda olmaqla bu möhtəşəm tarixi qələbədə zəhməti olan hər kəsə minnətdalığını bildirdi. Tədbirdə çıxış edən digər iştirakçılar da xalqımızı tarixi qələbə münasibətilə təbrik edərək bu şanlı bayramla bağlı öz düşəncələrini dilə gətirdilər.
Sonda torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş İnstitutun əməkdaşı Əvəz Quliyev çıxış edərək öz cəbhə xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.
Bildiyimiz ki, 44 günlük Vətən müharibəsindən sonra ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və yenidənqurma işlərinə başlanılmış və bu ərazilərdə lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıtmaq həsrətində olan vətəndaşlarımızın rahat yaşayışı və işgüzar fəaliyyəti üçün arzu olunan şəraitinyaradılması qərara alınmışdır.
Qeyd edək ki, azad olmuş ərazilərimizin bərpa olunmasında, burada müasir standartlara cavab verən infrastrukturun yaradılmasında və investisiya layihələrinin reallaşdırılmasına yaxından iştirak edən təşkilatlardan biri də “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” PHŞ-dir.
Təqdirəlayiq haldır ki, İnstitutun mütəxəssisləri işğaldan azad olunmuş ərazilərdə əhalinin içməli su təchiz edilməsi, bu ərazidəki əkin sahələrinin suvarma suyu ilə təmin olunması, yeni su mənbələrinin qurulması istiqamətində öz layiqli töhfələrini verirlər. Necə deyərlər, dünən vətən torpaqlarının azad olunması uğrunda vuruşanlar, bu gün o torpaqlarda gedən quruculuq işlərində, xüsusən də kommunal və kənd təsərrüfatının, eləcə də aqrar sahənin infrastrukturunun yaradılması və inkişaf etdirilməsində yaxından edirlər

Vətəninfo.az


























