image-turkiye1642162749backend

600% artım: Türkiyə ixracı rekord həddə artırdı

image-reklam_sirab_01

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda 2023-cü ilin əvvəlindən Türkiyə  ixracını 1,7 milyard dollar artırıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi məlumat yayıb.

Faiz ifadəsində Səudiyyə Ərəbistanına ixrac ən çox artıb – 600%. Türkiyədən Belarusa ixracda artım 192 milyon dollar təşkil edib.

Rusiya Türkiyənin yeddinci ən böyük ixrac tərəfdaşıdır. TOP-3-ə Almaniya (yanvar-aprel aylarında 6,2 milyard dollarlıq ixrac), ABŞ (3,8 milyard dollar) və İtaliya (3,7 milyard dollar) daxildir. 2023-cü ilin ilk dörd ayında Türkiyə Rusiya Federasiyasına 3,2 milyard dollarlıq məhsul satıb.

Eyni zamanda, Türkiyənin Ukraynaya ixracının pul ifadəsində artımı 398 milyon dollar təşkil edib.Bu göstəriciyə görə, Ukrayna Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı (ixrac artımı 673 milyon dollar) və Fransadan (418 milyon dollar) sonra dördüncü yerdədir.

2023-cü ilin aprel ayının sonunda ABŞ-ın Rusiyaya əksər ixracatlara tam qadağa tətbiq etmək imkanını nəzərdən keçirdiyi barədə məlumatlar ortaya çıxdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki