image-reklam-veteninfo
image-1backend

 Məhkəmə İmamoğlunun diplomunun ləğvi ilə bağlı qərarı qüvvədə saxlayıb

image-reklam-veteninfo

Türkiyənin Dövlət Şurası (Danıştay) İstanbulun keçmiş bələdiyyə sədri və Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlunun ali təhsil diplomunun ləğvi ilə bağlı qərardan verilən şikayəti rədd edib.

Vətəninfo.az xəbər verir ki, Türkiyə KİV-inin məlumatına görə, Danıştayın 8-ci palatası İmamoğlunun vəkillərinin apellyasiya instansiyasının qərarından verdiyi kassasiya şikayətini təmin etməyib. Bununla da İstanbul Universitetinin İmamoğlunun diplomunun ləğvi barədə qərarı qüvvədə qalıb.

Qeyd edək ki, İstanbul Universiteti Əkrəm İmamoğlunun 1990-cı ildə Şimali Kiprdə yerləşən Girne Amerika Universitetindən köçürülməsi zamanı qanun pozuntularına yol verildiyini əsas gətirərək onun diplomunu ləğv edib.

Universitetin mövqeyinə görə, həmin dövrdə Girne Amerika Universiteti Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən tanınmayıb və köçürülmə prosesi müvafiq qaydalara uyğun aparılmayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki