Vətəninfo.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Əhməd Vəhidi bildirib.
Onun sözlərinə görə, İranın müdafiə potensialı ölkənin ehtiyaclarına, imkanlarına və tələblərinə uyğun şəkildə inkişaf etdiriləcək.
Vəhidi Yaxın Şərqdə baş verə biləcək yeni hərbi qarşıdurmaların regionun hüdudlarından kənara yayıla biləcəyi barədə xəbərdarlıq edib. O bildirib ki, İran silahlı qüvvələri belə bir ssenariyə tam hazırdır və ölkənin raket qüvvələrinin əməliyyat imkanlarında əhəmiyyətli irəliləyişlər əldə olunub.
SEPAH komandiri, həmçinin Yaxın Şərq ölkələrini ABŞ-la təhlükəsizlik sahəsində əməkdaşlıqlarını yenidən nəzərdən keçirməyə çağırıb.
Onun fikrincə, regionda davamlı təhlükəsizliyin təmin edilməsi xarici güclərdən asılılıqla deyil, dövlətlərin öz müdafiə imkanlarını gücləndirməsi və regional əməkdaşlığın inkişaf etdirilməsi ilə mümkündür.


























