İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində məşhur simalara qarşı yeni əməliyyat həyata keçirilib. Barələrində saxlanılma qərarı çıxarılan 35 şübhəlidən 23-ü saxlanılıb.
Vətəninfo.az xəbər verir ki, saxlanılanlar arasında müğənni Özcan Dəniz, eləcə də aktrisalar Dəniz Çakır və Burcu Özberk də var.
Əməliyyat çərçivəsində 23 nəfər, Dəniz Sözen, Mehmet Can Karcı, Murat Ceylan, Dəniz Çakır Baykal, Pınar Bent, Ceylan Kaya, Işıl Işık Demir, İbrahim İzzet Özilhan, Burhan Karaca, Cem Güler, Erdal Bozkuş, İbrahim Yılmaz, Özcan Dəniz, Saghar Shojaeı, İlknur Şahin, Burcu Özberk, Meltem Özkayadan, Seher Grothe Sevdişan, Murat Başoğlu, Ufuk Gündoğdu, Onur Yüksel, Cansu Taşkın və Muammer Kapucuoğlu saxlanılıb.
Baş Prokurorluqdan verilən açıqlamada fahişəlik, narkotik və ya psixotrop maddələrin ticarəti, narkotik vasitə əldə etmə, istifadə etmə və saxlama cinayətləri üzrə istintaqların davam etdiyi bildirilib.
Şübhəlilərin və şahidlərin ifadələrinin, mobil telefonlar və rəqəmsal materiallarla bağlı ekspert rəylərinin, eləcə də gizli şahidlərin verdiyi məlumatların qiymətləndirilməsindən sonra, narkotik vasitələrdən istifadə etməkdə və ya onları saxlamaqda şübhəli bilinən 35 nəfər barəsində həbs qərarı çıxarılıb.
Narkotik əməliyyatlarında saxlanılan şübhəlilər həkim müayinəsindən keçirildikdən sonra narkotik testi üçün Ədliyyə Tibb Qurumuna aparılır. Daha sonra prokurorluqda ifadələri alınan şübhəlilər barəsində sərbəst buraxılma və ya məhkəməyə göndərilməsi barədə qərarı verilir.
İstanbul Respublika Baş Prokurorluğunun məşhur simalara qarşı apardığı istintaq çərçivəsində 8 oktyabr 2025-ci ildən bəri çoxsaylı əməliyyatlar keçirilib.
Musiqiçilərdən aktyorlara, menecerlərdən iş adamlarına qədər ictimaiyyətin yaxından tanıdığı bir çox şəxs istintaq çərçivəsində ifadə verib.

Meltem Keklik

Dəniz Sözen

Murat Başoğlu

Cansu Taşkın


























