image-reklam-veteninfo
image-images-1backend

İran ABŞ-dən 290 milyard dollar təzminat tələb edir: Körfəz ölkələrinə qarşı da iddialar qaldırılıb

image-reklam-veteninfo

İran məhkəmələri ABŞ-ni son onilliklər ərzində ölkəyə vurduğu ziyana görə 290 milyard dollar təzminat ödəməyə məhkum edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə məhkəmə rəsmisi Həsən Əbdülyanpur məlumat verib. Onun sözlərinə görə, müəyyən edilən təzminat məbləği iyun ayında imzalandığı bildirilən İslamabad Sülh Razılaşması çərçivəsində nəzərdə tutulan 300 milyard dollarlıq bərpa planına daxil deyil və ondan tamamilə ayrıdır.

Bununla yanaşı, Tehran İran ərazisinə qarşı ABŞ-nin həyata keçirdiyi hücumlarda öz ərazilərindən istifadə edilməsinə şərait yaratmaqda ittiham etdiyi Fars körfəzinin ərəb ölkələrinə qarşı da məhkəmə iddiaları qaldırıb.

Qeyd edək ki, Körfəz ölkələri də daha əvvəl İranın cavab zərbələri nəticəsində onlara dəymiş ziyana görə Tehrandan təzminat tələb etmişdilər.

Beləliklə, İranla ABŞ və Körfəz ərəb ölkələri arasında qarşılıqlı təzminat tələbləri regionda hüquqi və siyasi gərginliyin yeni müstəvisini formalaşdırır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki