Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarla Ağrı valisi Önder Bozkurt Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) rəhbəri vəzifəsinə təyin edilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə qərar Türkiyənin “Rəsmi Qəzet”ində dərc olunub.
Eyni qərarla AFAD-ın hazırkı rəhbəri Əli Həmzə Pehlivan Hatay valisi vəzifəsinə təyin edilib.


























