image-reklam-veteninfo
image-262c84f0-1878-11f1-8f1d-d7bdb1ea156f-jpgbackend

Müctəba Xameneyi əhali artımını İranın strateji prioriteti elan edib

image-reklam-veteninfo

İranın ali rəhbəri Müctəba Xameneyi ölkədə əhalinin təbii artımının təşviq edilməsini dövlətin strateji prioritetlərindən biri kimi qiymətləndirib.

“ Tasnim” xəbər agentliyinin məlumatına görə, Xameneyi yazılı müraciətində əhali artımının İranın gələcək inkişafı və güclənməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

O, ailə institutunun möhkəmləndirilməsi, gənclərin ailə qurmasının asanlaşdırılması, uşaq dünyaya gətirən ailələrə dəstək göstərilməsi və ailə dəyərlərinin təşviqini demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün əsas istiqamətlər kimi göstərib.

Ali rəhbər əhali siyasətinin həyata keçirilməsi zamanı həm ailələrin, həm də ayrı-ayrı şəxslərin ehtiyaclarının nəzərə alınmasının vacibliyini qeyd edib.

Onun sözlərinə görə, bu sahədə mənzil təminatının yaxşılaşdırılması, sosial xidmətlərin genişləndirilməsi və ailələrin ehtiyaclarının qarşılanması ilə yanaşı, fərdi sağlamlıq məsələlərinə də diqqət yetirilməlidir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki