İran Prezidenti Məsud Pezeşkian ölkədəki iqtisadi və infrastruktur problemlərinin həllinin çətin olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, o, çıxışında su, elektrik enerjisi, qaz təminatı, bank sistemi və maliyyə fondları da daxil olmaqla müxtəlif sahələrdə mövcud çatışmazlıqlara toxunub.
Pezeşkian hökumətin illər ərzində yığılıb qalmış çoxsaylı problemlərlə üzləşdiyini və onların həlli üçün islahatların aparılmasına, eləcə də real və praktik addımların atılmasına ehtiyac olduğunu vurğulayıb.
“Peyğəmbərə and olsun ki, çətinlikləri belə asanlıqla həll etmək mümkün deyil”, – deyə İran prezidenti bildirib.
O, hökumətin fəaliyyətini tənqid edən şəxsləri problemlərin həlli ilə bağlı konkret təkliflər irəli sürməyə çağırıb. Pezeşkian qeyd edib ki, mövcud imkanlar çərçivəsində icra edilə bilən həll yolu təqdim edən şəxslərə həmin istiqamətdə işləmək üçün lazımi səlahiyyətlər verilə bilər.


























