image-reklam-veteninfo
image-1backend

ABŞ-dan Ukraynaya 2,7 milyard dollarlıq silah paketi: Kiyevin hava müdafiəsi gücləndirilir

image-reklam-veteninfo

ABŞ Ukraynaya 2,7 milyard dollar dəyərində yeni silah satışına yaşıl işıq yandırıb. Paket çərçivəsində Ukraynanın hava hücumundan müdafiə imkanlarının modernləşdirilməsi üçün sursat, avadanlıq və müxtəlif xidmətlərin təqdim edilməsi nəzərdə tutulur.

Vətəninfo.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin açıqlamasına görə, Kiyev və Vaşinqton arasında razılaşmanın yekun mətni təsdiqləndiyi halda, müqavilənin maliyyələşdirilməsi Avropa investisiyaları ilə yanaşı, ABŞ-ın əvvəlki administrasiyası dövründə ayrılmış hərbi maliyyələşdirmə proqramından əldə olunan vəsait hesabına həyata keçiriləcək.

Ukrayna hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi məqsədilə ABŞ-dan müxtəlif sursat və xidmətlər istəyib. Tələb olunan avadanlıqlar arasında S-300 sistemləri üçün vasitələr, GAM-67 raketləri, uzun mənzilli lazerlə idarə olunan hava hücumundan müdafiə sistemləri və digər silahlar yer alır.

Kiyev, həmçinin pilotsuz uçuş aparatlarına qarşı mübarizə imkanlarını artırmaq üçün ABŞ-dan RPS-202 radar sistemlərinin alınmasını istəyib.

ABŞ Dövlət Departamenti bildirib ki, nəzərdə tutulan razılaşma Vaşinqtonun Ukraynaya hökumət nümayəndələri və ya hərbi podratçılar göndərməsini tələb etməyəcək.

Yeni silah paketi Ukraynanın hava məkanının müdafiəsinin gücləndirilməsi və mövcud müdafiə sistemlərinin modernləşdirilməsi məqsədi daşıyır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki