image-3333backend

ABŞ “Patriot”u   bu raketlə vurulub – Rusiya Müdafiə Nazirliyi açıqladı

image-reklam_sirab_01

Rusiya Müdafiə Nazirliyi Ukraynanın paytaxtı Kiyevdə ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sisteminin 5 buraxılış meydançası və çoxfunksiyalı radiolokasiya stansiyasının hipersəsli “Kinjal” raketi ilə vurularaq məhv edildiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən yazılı məlumatda Rusiyanın Kiyevdə “Patriot” hava hücumundan müdafiə sisteminin endirdiyi zərbə ilə bağlı ayrıntılar yer alır.

Açıqlamada yazılır: “Məlumat etibarlı və təsdiqlənmişdir. Mayın 16-da hipersəsli “Kinjal” raketi Kiyevdə ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sisteminin 5 buraxılış meydançasını və bir çoxfunksiyalı radar stansiyasını tamamilə məhv edib”.

Qeyd edək ki, hadisə ilə bağlı 3 fərqli açıqlama verilib. ABŞ rəsmiləri Rusiyanın bu açıqlamasından bir gün əvvəl “Patriot”un zədələndiyini, lakin sistemin radar komponentlərinin işləməyə davam etdiyini bildirib.

Ukrayna Müdafiə Nazirliyi “Patriot” sistemlərinin ABŞ, Hollandiya və Almaniyadan gəldiyini bəyan edib, Ukrayna Hərbi Hava Qüvvələri komandanı Nikolay Oleşçuk isə mayın 6-da Kiyevdə Rusiyanın “Kinjal” hipersəs raketini “Patriot” sistemi ilə vurduqlarını bildirib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki