image-reklam-veteninfo
image-1backend

SEPAH ABŞ-yə istehzalı sual ünvanladı: “Bu gün neçə dron və gəmi itirmisiniz?”

image-reklam-veteninfo

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebbi ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istehzalı müraciət edib.

Vətəninfo.az xəbər verir ki, Mohebbi “X” sosial şəbəkəsindəki paylaşımında ABŞ tərəfinə müraciət edərək, Amerika ordusunun həmin gün nə qədər hərbi texnika itirdiyini soruşub.

“CENTCOM, bu gün neçə pilotsuz uçuş aparatı və gəmi itirmisiniz?” – deyə SEPAH sözçüsü yazıb.

Paylaşım ABŞ-nin hərbi itkiləri ilə bağlı Vaşinqton və Tehran arasında davam edən informasiya qarşıdurmasının növbəti nümunəsi kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, Mohebbinin bu açıqlaması istehzalı sual formasındadır. Paylaşımda ABŞ-nin konkret hərbi itkiləri ilə bağlı hər hansı sübut və ya təsdiqlənmiş məlumat təqdim edilməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki