image-reklam-veteninfo
image-1backend

Şöbə rəisi təyin olunan Əminə İsgəndərli kimdir – DOSYE

image-reklam-veteninfo

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində yeni təyinat baş tutub.

Müvafiq əmrlə İsgəndərli Əminə Rahib qızı Baş İdarənin Transfer qiymətlərinə nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

O, bu vəzifəyə qədər 2025-ci ilin dekabrından həmin şöbədə baş dövlət vergi müfəttişi kimi çalışıb. 2022-ci ilin sentyabrından 2025-ci ilin noyabrınadək isə Milli Gəlirlər Baş İdarəsində vergi auditoru olub və xüsusi vergi rejimli müəssisələrin auditini həyata keçirib.

O, 2019-cu ilin martından 2022-ci ilin avqustunadək Bakı şəhəri üzrə Operativ vergi nəzarətinin və uçotun təşkili baş idarəsinin vergi ödəyicilərinə xidmət mərkəzində çalışıb. Həmin dövrdə əvvəlcə dövlət vergi müfəttişi, 2021-ci ilin iyunundan isə baş dövlət vergi müfəttişi vəzifəsini tutub.

Əminə İsgəndərli əmək fəaliyyətinə özəl sektorda başlayıb. 2018-ci ilin sentyabrından 2019-cu ilin martınadək “Nexia Azerbaijan” şirkətində kiçik vergi məsləhətçisi, həmin ilin fevral-iyun aylarında “Grant Thornton Azerbaijan” şirkətində audit üzrə təcrübəçi olub. 2017-ci ilin aprelindən iyulunadək “AzSIĞORTA” ASC-də Biznesin İnkişafı departamentində təcrübə keçib. 2016-cı ilin avqust-sentyabr aylarında isə Azərbaycan Sənaye Sığorta Şirkətində mühasibatlıq üzrə təcrübəçi kimi fəaliyyət göstərib./Yurd.Media/




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki