“Məmmədyarovla ilk görüş asan keçmədi və deyə bilərəm ki, bir qədər bəxtim gətirdi”.
Veteninfo.az-ın məlumatına görə, bunu ABŞ şahmatçısı Hikaru Nakamura Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinın III mərhələsinin yarımfinalında Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarovu mübarizədən kənarlaşdırması barədə danışarkən deyib.
35 yaşlı qrossmeyster heç-heçə etdikləri birinci partiyanın olduqca mürəkkəb keçdiyini bildirib: “Məncə, rəqibin bu qarşılaşmada qalib gəlmək şansları çox idi, sadəcə, vaxtı çatmadı”.
Nakamuranın sözlərinə görə, tay-breyk görüşündə müdafiə xəttini düzgün quraraq, Məmmədyarova qalib gəlib.
Qeyd edək ki, Hikaru Nakamura finalda həmyerlisi Uesli So ilə qarşılaşacaq.