image-624d27bb09b09624d27bb09b0a1649223611624d27bb09b07624d27bb09b08backend

AFFA-nın müraciəti UEFA tərəfindən müsbət cavablandırılıb

image-reklam_sirab_01

AFFA-nın Lisenziyalaşdırma Qrupunun “Şamaxı”nın “Keşlə”nin varisi kimi tanınması ilə bağlı UEFA müraciəti cavablandırılıb.

Veteninfo.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qitə futbol qurumu bununla bağlı müsbət rəy verib.

Müraciətdə “3 illik üzvlük qaydası”nın istisna edilməsi də olub. UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play” qaydalarında UEFA lisenziyasının alınması üçün tələb olunan meyarlardan biri də lisenziya iddiaçısının lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməsi və daxili yarışlarda iştirak etməsidir.

İstisna yanaşmanın tətbiq olunması ilə bağlı AFFA-nın müvafiq müraciəti nəzərə alınaraq, təqdim olunmuş sənədlərə əsasən UEFA-nın Klubların Maliyyə Nəzarəti üzrə Orqanı (CFCB) tərəfindən müsbət qərar qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki