image-179a07eb-a971-383e-980a-bb06e7d0582f_850backend

AFFA: “Şamaxı” “Keşlə”nin varisi kimi tanınıb, 2022 – klubun seçimidir”

image-reklam_sirab_01

UEFA “Şamaxı”nı “Keşlə” klubunun varisi kimi tanıyıb.

Bu barədə Veteninfo.az-a AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.

Assosiasiya rəsmisi “Şamaxı”nın loqosunda “2022” yazılmasına da münasibət bildirib.

Məmmədov loqo seçiminin kluba aid olduğunu vurğulayıb: “Loqonun hansı formada olması və orada hansı ilin yazılması onların öz seçimidir. Ola bilsin, 2022 – Şamaxıya köçdükləri ili göstərir. Klub “Keşlə”nin cari mövsüm qazandığı xallarla mübarizəyə davam edəcək. Bu da onların “Keşlə”nin varisi olmasına əsas verir”.

Qeyd edək ki, “Keşlə” tezliklə ev oyunlarını Şamaxıda yeni adla keçirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki