image-img-20240523-wa0063backend

Ağstafa rayonunda vətəndaşların növbəti səyyar qəbulu Qarahəsənli kəndində keçirilib – FOTOLAR 

image-reklam_sirab_01

Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir. Müvafiq qrafikə uyğun olaraq Qarahəsənli kənd tam orta məktəb binasının həyətində təşkil olunan səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul şəxsləri, həmçinin kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qəbulda səsləndirilən müxtəlif məzmunlu məsələlərə dair vətəndaşlara qanunamüvafiq izahatlar verilib. Hər bir məsələ qeydiyyata alınaraq nəzarətə götürülüb, həlli ilə bağlı aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki