image-img-20240713-wa0064backend

Ağstafa RİH başçısı Seymur Orucov gənclərlə görüş keçirdi

image-reklam_sirab_01

Ağstafa Rayon İcra Hakimiyyətində gənclər təşkilatları rəhbərləri və fəal üzvlərinin iştirakı ilə görüş keçirilmişdir. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov görüşdə çıxış edərək respublikamızın inkişafında gənclərin rolundan danışmış, Prezident İlham Əliyevin gəncliyə dövlət qayğısının gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırmışdır. Görüşdə çıxış edən gənclər əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək təkmilləşdirilən dövlət gənclər siyasətindən, onun uğurlu nəticələrindən söhbət açmışlar, onları düşündürən məsələlərlə bağlı arzu və təkliflərini bildirmişlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki