Müvafiq qrafikə əsasən Qaçaq Kərəm kənd tam orta məktəb binasında təşkil olunan qəbulda RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və aidiyyəti təşkilatların nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.
RİH başçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzundan, dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən söz açaraq qeyd edib ki, dövlətimizin başçısının konkret tapşırığına uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti rəhbərləri tərəfindən respublikamızın hər yerində keçirilən vətəndaşların səyyar qəbullarının başlıca məqsədi vətəndaş məmnunluğunun artırılması, sakinləri narahat edən məsələləri ətraflı araşdıraraq operativ həllinə nail olmaq, əhalinin sosial rifahının diqqətdə saxlanılmasıdır.
Səyyar qəbulda sakinlər müxtəlif məzmunlu müraciət və təkliflər irəli sürüblər. Qaldırılan hər bir məsələyə dair ətraflı müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib, aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında müvafiq tapşırıqlar verilib.
Qaçaq Kərəm kənd ictimaiyyətinin nümayəndələri, kənd ağsaqqalı, Tağıyev Tağı Piri oğlu və ziyalı, Əhmədov Mahir Məhəmməd oğlu ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi ədalətin bərqərar olması, işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən nəhəng quruculuq işlərinə, xalqımızın sülh və əminəmanlığa qovuşmasına görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.