image-img-20240522-wa0036backend

Ağstafada Kür çayının sahilində sağlam ekoloji mühit naminə təmizlik aksiyası keçirilib – FOTOLAR 

image-reklam_sirab_01

2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi ilə birgə Kür çayının Qıraq Kəsəmən kəndi ərazisindən keçən hissəsinin sahilində ekoloji aksiya keçirilib. Aksiyada sahil zonası plastik, polietilen və digər mənşəli bərk tullantılardan təmizlənərək abadlaşdırılıb, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin fəaliyyətində ölkəmizdə ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məsələləri daim diqqətdə saxlanılmışdır. Ulu Öndərin müəyyən etdiyi ekoloji siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz bəhrəsini verməkdədir. Əsas məqsəd iqlim dəyişikliyinə beynəlxalq reaksiyanı artırmaq olan BMT-nin İqlim Dəyişikliyi Konfransı COP29-un ev sahibliyi edəcək ölkə kimi seçilməsi dünyanın aparıcı dövlətlərinin Azərbaycana verdiyi yüksək dəyər, eləcə də beynəlxalq aləmdə ölkəmizin növbəti tarixi zəfəridir. Dövlətimizin başçısının Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də Azərbaycanın iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə töhfələrini artırmaq məqsədi daşıyır. Qeyd olunub ki, ekloji aksiyanın keçirilməsində məqsəd təbiəti, ətraf mühitin qorunması istiqamətində sosial məsuliyyəti təşviq etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki