Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatında Seymur Orucovun sədrliyi ilə keçirilən müşavirədə başçının müavinləri və aparatının şöbə müdirləri, rayonun su təsərrüfatı və meliorasiya strukturlarının, Dövlət Aqrar İnkişaf Mərkəzinin rayon şöbəsinin, Sudan İstifadə Birliklərinin (SİB) məsul şəxsləri iştirak ediblər.
RİH başçısı müşavirəni giriş sözü ilə açaraq dövlətimiz tərəfindən aqrar sahəyə, kənd təsərrüfatı üzrə fəaliyyət göstərən sahibkarlara, fermerlərə göstərilən yüksək diqqət və qayğıdan söz açıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində Ağstafada içməli su və meliorasiya layihələrinin yüksək əhəmiyyətindən və bu istiqamətdə əldə olunan nəaliyyətlər barədə ətraflı məlumat verilib. Müşavirədə rayonda mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə fəaliyyət göstərən operativ qərargahın üzvlərinə müəyyən edilmiş suvarma qrafikinə riayət və növbəlik prinsiplərinə nəzarətin daha da artırılması, su istifadəçilərindən daxil olan şikayətlərə operativ qaydada baxılması, mütəmadi olaraq monitorinqlərin keçirilməsi kimi tapşırıqlar verilib, eləcə də su israfçılığına, habelə suvarma qrafikinin pozulmasına yol verən məsul şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görüləcəyi bir daha diqqətə çatdırılıb.
RİH başçı ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinin, su təsərrüfatının idarə olunmasının müsbət nəticələrindən danışıb. Rayon rəhbəri bildirib ki, rayon ərazisində torpaqların suvarılması zamanı su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunması və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə xüsusi qərargah yaradılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Qərargahın üzvlərinə, hər bir ərazi vahidi üzrə müəyyən edilmiş suvarma qrafikinə riayət olunması, mütəmadi olaraq monitorinqlər keçirilməsi, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə proporsional bölgü və növbəlik prinsipləri əsasında verilməsi məsələsini gündəlik ciddi nəzarətdə saxlanılması, su istifadəçilərindən daxil olan şikayətlərə operativ qaydada baxılması, su israfçılığına, habelə qrafikin pozulmasına yol verən şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi üçün tapşırıqlar verib.
Müşavirədə rayonda əkin sahələrinin suvarılması zamanı sudan səmərəli istifadə olunması üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcəyi bildirilib.