image-img-20240905-wa0014backend

Ağstafada vətəndaşların növbəti səyyar qəbulunun ünvanı Saloğlu qəsəbəsi olub – FOTOLAR 

image-reklam_sirab_01

Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa RİH başçısı Seymur Orucov yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir. Müvafiq qrafikə uyğun olaraq Saloğlu qəsəbə tam orta məktəbin ərazisində təşkil olunan növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul şəxsləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

RİH başçısı Ağstafa rayonunda davamlı qaydada həyata keçirilən abadlıq-quruculuq, əsaslı təmir işlərindən söz açaraq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə suveren Azərbaycanın hər bir bölgəsində icra olunan bu cür tədbirlər əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına, vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Qəbulda vətəndaşların qaldırdıqları məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. İrəli sürülən təklif və müraciətlərə dair müzakirələr aparılıb, hər bir məsələnin həlli tədbiri müəyyən edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image