image-reklam-veteninfo
image-timthumbbackend

Albaniyada etirazçılar İqtisadiyyat Nazirliyinin binasına basqın edərək onu dağıdıblar

image-reklam-veteninfo

Albaniyada hökumət əleyhinə etirazçılar İqtisadiyyat Nazirliyinin binasına basqın edərək ofis binalarını dağıdıblar .​

Albanian Daily News qəzetinin məlumatına görə , etirazçılar binadan mebel və avadanlıqları da çıxarmağa başlayıblar .

Vətəninfo.az xəbər verir ki, iğtişaşlar zamanı ölkənin Mərkəzi Seçki Komissiyasının binası da zədələnib .

Tiranada etirazlar 13 oktyabrda Təhsil Nazirliyinin binası yaxınlığında tələbə nümayişi ilə başladı və ertəsi gün də davam etdi .

Baş nazir Edi Ramanın istefasını tələb edən etirazçılar baş nazirin iqamətgahına aparan polis baryerini yarmağa çalışdılar . Polis müdaxilə etdikdən sonra onlar qruplara bölünərək paytaxtın mərkəzindəki hökumət binalarını dağıtmağa başladılar .​

İğtişaşlar nəticəsində parlamentin, Ədliyyə Nazirliyinin , dövlət arxivinin və digər idarələrin binalarına ziyan dəyib .

Albaniyanın müxalifət Demokrat Partiyasının lideri Sali Berişa etirazçıları dəstəklədiyini açıqlayıb .




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki