Vətəninfo.az məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 1 aprel 2024-cü il tarixli sərəncamı ilə Möhbalıyev Nihad Nəsrəddin oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadi məsələlər şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, Nihad Möhbalıyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadi məsələlər şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışıb.