image-reklam-veteninfo
image-srjuwsf0backend

Analitik: “ İran  ABŞ ilə gərginliyin artmasında maraqlıdır” 

image-reklam-veteninfo

Avrasiya Tədqiqat İnstitutunun baş analitiki Qreqori Berovun sözlərinə görə, İran və ABŞ arasında baş verən son toqquşmalar hələlik münaqişənin genişmiqyaslı eskalasiyasına doğru irəliləyiş təsiri bağışlamır.

Analitik hesab edir ki, İran hakimiyyəti son altı ay ərzində nəticə verdiyini düşündüyü strategiyanı davam etdirməyə üstünlük verir. Bu strategiya ABŞ-yə təzyiqin artırılması, İranın Hörmüz boğazındakı mövqeyinin qorunması və ya genişləndirilməsi, neft qiymətlərinin yüksək səviyyədə saxlanılması və ABŞ prezidenti Donald Trampa iqtisadi və siyasi təzyiqin artırılmasını nəzərdə tutur.

Berovun fikrincə, Tehranın əsas məqsədi nəticədə Vaşinqtonu yenidən danışıqlar masasına qaytarmaqdır. Onun dəyərləndirməsinə əsasən, İran üçün ABŞ ilə gərginliyin müəyyən səviyyədə saxlanılması yalnız hərbi qarşıdurma deyil, həm də Vaşinqtona siyasi və iqtisadi təzyiq vasitəsi kimi nəzərdən keçirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki