image-reklam-veteninfo
image-1backend

Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir

image-reklam-veteninfo

Fransa millisinin və “Arsenal”ın sabiq hücumçusu Tyerri Anri “Mançester Siti”nin maliyyə feyr-pley qaydalarını pozması ilə bağlı ittihamlara münasibət bildirib.

Anri klubun Premyer Liqada qalacağı təqdirdə bunun futbol tarixinin son 100 ilində ən ədalətsiz qərarlardan biri olacağını deyib.

“Əgər hər hansı qərar “Mançester Siti”nin Premyer Liqada qalmasına imkan versə, bu, futbolun son 100 ilində ən ədalətsiz cəza olar. Gəlirləri şişirtmək, saxta müqavilələrdən istifadə etmək və maliyyə məlumatlarını düzgün təqdim etməmək yalnız futbolun zirvəsində qalmaq məqsədi daşıyırsa, bu, ədalətsizlikdir”.

Qeyd edək ki, daha əvvəl “Mançester Siti”nin Premyer Liqadan kənarlaşdırıla biləcəyi barədə məlumatlar yayılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki