Xəbər verdiyimiz kimi, “Qarabağ”ın UEFA Konfrans Liqasının qrup mərhələsində rəqibləri bəllidir.
“Qrupa nəzər yetirsək, “Qarabağ” nə çətin, nə də asan qrupa düşüb. Orta demək olar. Komandalara baxsaq, açığı, burada ilk yer üçün favorit “Bazel”dir. Amma ikinci yer üçün “Qarabağ”mənə elə gəlir ki, favoritdir. Bunun üçün də “Kayrat”la mübarizə apara bilər.
“Bazel” artıq birinci səbətdə olmaqla öz sözünü deyib. Çempionlar Liqasının qrupunda da çıxış etmiş komandadır. Yəni İsveçrənin top komandalarındandır. Ona görə də, düşünürəm ki, ən çətin rəqib elə “Bazel”dir.
Amma qalanları bərabər səviyyəlidir, “Qarabağ”ın dişinə görədir. “Kayrat” Çempionlar Liqasından gəlib. Ardıcıl məğlubiyyətlərlə Konfrans Liqasına düşüb. Heyəti də, səhv etmirəmsə, legionerlərdən təşkil olunub.
Kiprin bir neçə təmsilçisi “Qarabağ”la üzləşib. Ona görə də oranın futbolunu bilirik. Mənə elə gəlir ki, “Qarabağ” çətinlik çəkməyəcək. “Qarabağ”ın qrupda şanslarını yüksək qiymətləndirirəm”.