Ağstafa rayonu Aşağı Göycəli kənd tam orta məktəb binasının akt zalında təşkil olunan vətəndaş qəbulunda başçının müavinləri, aparatının şöbə müdirləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. RİH başçısı diqqətə çatdırıb ki, ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə keçirilən bu cür vətəndaş qəbullarının məqsədi sakinləri narahat edən məsələləri daha dəqiq araşdıraraq operativ həllinə nail olmaqdan ibarətdir. Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan hər bir məsələyə dair qanunamüvafiq izahatlar verilib, ətraflı müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib.