image-b3642d40-c477-3c29-b386-929dfe26c8d2_850backend

Avropa çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi yarımfinala yüksəlib

image-reklam_sirab_01

Azərbaycanın beş sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Veteninfo.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə ardıcıl olaraq Levan Metreveli (İspaniya) və Mikyay Salim Naimi (Bolqarıstan) məğlub edib.

65 kq-da yarışan 3 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mübarizəyə 1/4 finaldan qoşulub. Yarışın reytinq favoriti olan 31 yaşlı idmançı bu mərhələdə Munir Aktaşı (Türkiyə) yenib.

Zirəddin Bayramov (70 kq) 1/8 finalda Daniel Antalı (Macarıstan), daha sonra Fati Veyseli (Şimali Makedoniya), Əşrəf Aşırov (79 kq) isə Miroslav Kirov (Bolqarıstan) ilə Arman Avaqyanı (Ermənistan) məğlubiyyətə uğradaraq yarımfinala adlayıb.

97 kq-dak Məhəmmədxan Məhəmmədov ilk görüşündə Lukas Krasauskasdan (Litva), ardınca Elizbar Odikadzedən (Gürcüstan) güclü olub.

Beləliklə, Azərbaycanın bu gün mübarizəyə qoşulan bütün sərbəst güləşçiləri yarımfianala vəsiqə qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki