image-3backend

Avropa Liqası: 2 komanda üçün 1/8 final şansı, “Legiya” “Napoli”ni qəbul edir

image-reklam_sirab_01

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.

Veteninfo.az-ın məlumatına görə, 8 qrupda ümumilikdə 16 görüş baş tutacaq.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya” Polşada İtaliya “Napoli”sini qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Hazırda Varşava təmsilçisi 6 xalla C qrupuna başçılıq edir.

Türkiyənin turnirdəki təmsilçilərindən “Qalatasaray” evdə Rusiyanın “Lokomotiv” (Moskva) klubu ilə üz-üzə gələcək. “Fənərbağça” isə Belçikada “Antverpen”in qonağı olacaq.

Bu turda 2 komanda 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edə bilər. A qrupunda Fransa “Lion”u evdə Çexiyanın “Sparta” (Praqa) komandasına, H qrupunda isə İngiltərə “Vest Hem”i Belçikada “Genk”ə qalib gələrsə, adını növbəti mərhələyə yazdıracaq.

Qeyd edək ki, Avropa Liqasında qrup qalibləri 1/8 finala yüksəlirlər. 2-ci yeri tutanlar isə Çempionlar Liqasında öz qrupunu 3-cü sırada tamamlayan kollektivlərlə pley-off matçları keçirirlər.

4 noyabr

UEFA Avropa Liqası
Qrup mərhələsi
IV tur

A qrupu
21:45. “Bröndbü” (Danimarka) – “Reyncers” (Şotlandiya)
21:45. “Lion” (Fransa) – “Sparta” (Praqa, Çexiya)

Xal durumu: “Lion” – 9, “Sparta” – 4, “Reyncers” – 3, “Bröndbü” – 1.

B qrupu
21:45. “Monako” (Fransa) – PSV (Eyndhoven, Niderland)
21:45. “Real Sosyedad” (İspaniya) – “Şturm” (Qrats, Avstriya)

Xal durumu: “Monako” – 7, “Real Sosyedad” – 5, PSV – 4, “Şturm” – 0.

C qrupu
21:45. “Legiya” (Polşa) – “Napoli” (İtaliya)
00:00. “Lester” (İngiltərə) – “Spartak” (Moskva, Rusiya)

Xal durumu: “Legiya” – 6, “Napoli” – 4, “Lester” – 4, “Spartak” – 3.

D qrupu
21:45. “Olimpiakos” (Yunanıstan) – “Ayntraxt” (Frankfurt, Almaniya)
00:00. “Antverpen” (Belçika) – “Fənərbağça” (Türkiyə)

Xal durumu: “Ayntraxt” – 7, “Olimpiakos” – 6, “Fənərbağça” – 2 , “Antverpen” – 1

E qrupu
21:45. “Qalatasaray” (Türkiyə) – “Lokomotiv” (Moskva, Rusiya)
00:00. “Marsel” (Fransa) – “Latsio” (İtaliya)

Xal durumu: “Qalatasaray” – 7, “Latsio” – 4, “Marsel” – 3, “Lokomotiv” – 1.

F qrupu
00:00. “Srvena Zvezda” (Belqrad, Serbiya) – “Midtüllan” (Danimarka)
00:00. “Braqa” (Portuqaliya) – “Lüdoqorets” (Razqrad, Bolqarıstan)

Xal durumu: “Srvena Zvezda” – 7, “Braqa” – 6, “Midtüllan” – 2, “Lüdoqorets” – 1.

G qrupu
00:00. “Bayer” (Leverkuzen, Almaniya) – “Betis” (İspaniya)
00:00. “Ferentsvaroş” (Macarıstan) – “Seltik” (Şotlandiya)

Xal durumu: “Bayer” – 7, “Betis” – 7, “Seltik” – 3 “Ferentsvaroş” – 0

H qrupu
21:45. “Genk” (Belçika) – “Vest Hem” (İngiltərə)
00:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Rapid” (Vyana, Avstriya)

Xal durumu: “Vest Hem” – 9, “Dinamo” – 3, “Rapid” – 3, “Genk” – 3.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki