image-img-20230204-wa0049backend

Avropadan Azərbaycana ümid dolu baxışlar

image-reklam_sirab_01

Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirildi. Azərbaycanın nümayəndələrinin bu iclaslarda fəal formada iştirakı bir çox Avropa ölkələrinin energetika sahəsində Azərbaycana böyük ümidlə baxdığını göstəricisidir. Prezident İlham Əliyevin istər Azərbaycanda, istərsə də Avropa ölkələrində tədbirlərdə son çıxışları onu göstərir ki, ölkəmiz etibarlı müttəfiqdir. Azərbaycanın mövqeyi həmişə birmənalı olub.
Qeyd edilməlidir ki, bu mötəbər tədbirdə Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri, iri enerji şirkətlərinin, maliyyə təsisatlarının rəhbərləri iştirak ediblər.
Azərbaycanın qaz ixracının ildən-ilə artırır. Hədəf isə 2027-ci ilədək hazırkı həcmi ikiqat artırmaqdır. Ölkəmizin Avropa İttifaqı ilə də sazişi vardır. Avropa ölkələri ilə bu tərəfdaşlıq onu göstərir ki, Avropanın Azərbaycanla bağlı mövqeyi aydındır, tərəfdaşlıq məsələlərində inam çoxdur. Dövlətimizin başçısı da bunu qeyd edib ki, əsas məsələ inam məsələsidir. Prezident İlham Əliyev çıxışı zamanı bir daha vurğulayıb ki, enerji təhlükəsizliyi, həmçinin milli təhlükəsizlik məsələsidir. Biz yeni marşrutların qurulması və yeni resursların cəlb olunması sahəsində işləyirik. Ölkə başçısı enerji təchizatının davamlı şaxələndirilməsinə hazırlaşdıqlarını söyləyib: “Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl istifadəyə verildi. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışırıq”. “Biz, həmçinin alternativ enerji mənbələrindən danışırıq. Bu, əslində bizim enerji təchizatımızın davamlı şaxələndirilməsinin göstəricisidir. Biz buna hazırıq», – deyə Azərbaycan Prezidenti bildirib. Qeyd edilib ki, təbii qaz ixracı 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olub. Cari ildə onun 24,5 milyard kubmetr olması gözlənilir. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir.
Azərbaycan Avropaya yaxın gələcəkdə indiki kimi yox, bundan qat-qat çox qaz ixracatında kömək edəcəkdir. Həmçinin Avropanın enerji problemlərini də həll ediləcəkdir. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycanın təxminən 100 ildən çox müddət üçün yetəcək qaz ehtiyatları var.
Bu gün artıq yaşıl enerjidən və ya digər sahələrdən söhbət gedir. Azərbaycan bu sahədə çiyin-çiyinə işləməyə hazırdır. Azərbaycanın özünün də maliyyə imkanları var. Eyni zamanda, Dünya Bankı və beynəlxalq banklar da Azərbaycana dəstək göstərməyə davam etmək niyyətindədir. Bu, Azərbaycanın ildən-ilə artan nüfuzunun, dövlətimizə olan inamın təzahürüdür.
Həmçinin Türkmənistandan Azərbaycana Transxəzər qaz kəmərinin çəkilməsi planlaşdırılır. Bununla bağlı layihələr hazırdır. Bu boru kəməri çəkildikdən sonra biz Avropaya Türkmənistan qazı ilə birgə 100 milyard kubmetr təbii qaz ixrac edə biləcəyik. Bu da Avropanın təxminən 20 faizinin tələbatını qarşılayacaqdır.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki