image-21backend

“Ayaks”ın futbolçusu Ronaldunun rekordunu təkrarlayıb

image-reklam_sirab_01

Niderlandın “Ayaks” klubunun futbolçusu Sebastyen Alle İngiltərə “Mançester Yunayted”ində çıxış edən Kriştianu Ronaldunun rekordunu təkrarlayıb.

Vətəninfo.az-ın məlumatına görə, 27 yaşlı hücumçu buna Çempionlar Liqasının qrup mərhələsindəki bütün matçlarda fərqlənməklə nail olub.

Forvard son olaraq evdə Portuqaliyanın “Sportinq” komandasına 4:2 hesabı ilə qalib gəldikləri VI tur görüşündə hesabı açıb. O, hazırkı mövsümdə 10 qolla yarışın bombardiridir.

Qeyd edə ki, “Ayaks” C qrupunu 18 xalla birinci pillədə başa vurub və bütün görüşlərdə qələbə qazanmaqla Niderland futbolu tarixində ilkə imza atıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki