image-reklam-veteninfo
image-1backend

Ayasofiyanı kimlər partlatmaq istəyirdi?

image-reklam-veteninfo
Ənvər Paşanın qurduğu, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun üzvü olduğu “Təşkilati Mahsusa” 1913-1918-ci illərdə kəşfiyyat, təbliğat, daxildə və xaricdə təşkilatlanma, hətta sui-qəsd işləri ilə məşğul olub. 1914-cü ildə Hərbiyyə Müfəttişliyində rəsmi təşkilata çevrilmişdir. 1918-ci ilin 8 oktyabrında İttihad və Tərəqqi hökuməti iqtidardan ayrıldıqdan sonra Təşkilati-Mahsusa rəsmən ləğv edilmişdir.
“Təşkilati Mahsusa” ilə bağlı tarixdə maraqlı bir fakt var.
Birinci Dünya müharibəsi zamanı 1915-1916-cı illərdə Osmanlılarla Antanta Dövlətləri (İngiltərə, Fransa, Yunanıstan, Avstraliya,Yeni Zelandiya və digər ölkələrin orduları) arasında baş verən dəniz və quru döyüşlərinin, Çanaqqala müharibəsinin səbəbi İttifaq dövlətlərinin İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiyayla etibarlı bir qida və hərbi ticarət yolu açmaq istəyi idi.
Bu dövrdə qərb birliyinə daxil olan Yunanıstanın əsas hədəflərindən biri də İstanbulu ələ keçirmək idi və buna qarşı “Təşkilati Mahsusa” ciddi bir müqavimət qurmuşdu. Onlar İstanbul işğal edilsə belə Ayasofyanı yunanlara vermək türklər üçün acı bit tarix olacaq idi və buna görə də təşkilat üzvləri Ayasofiyanı partlatmaq planı qurmuş idi. Bu məqsədlə də məscid tamam dinamitlənmiş idi. Bunu da bütün müttəfiq qüvvələrinə elan etmişdilər:
“Yunanlar İstanbulu işğal etsəniz, Ayasofyanı partladacağıq”
Əmri isə son Osmanlı sultanı VI Mehmed Vəhidəddin vermis idi.
VI Mehmet 14 yanvar 1861-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülüstü Qadınəfəndidir.
Məqsəd təbii ki, millətin simvoluna çevrilmiş müqəddəs tikili olan Ayasofyanın geri qaytarılmasının qarşısını almaq idi. Məqsəd təkcə onun günbəzini və ya bir divarını deyil, bütün strukturu partlatmaq idi. Sonradan ingilislər, italyanlar, fransızlar, hətta seneqallılar və hindlilər işğal etsələr də, yunan ordusunun müşahidəçilərindən başqa heç bir yunan qüvvələri İstanbula gəlmədi və buna görə də Ayasofya toxunulmaz qaldı.
Prof.Dr.Zaur Əliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki