Ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin icbari tibbi sığorta hesabına qarşılanması ilə bağlı mərhələli yanaşma tətbiq ediləcək.
Vətəninfo.az Xəzər TV-yə istinadən bildirir ki, hazırda bunun üçün müvafiq texnoloji inteqrasiyalar, apteklərlə əməkdaşlıq mexanizmləri və hesabatlılıq sistemi üzərində iş aparılır.
Bu addım vətəndaşların müalicə prosesində maliyyə yükünü azaltmaqla yanaşı, onların tibbi xidmətlərdən fasiləsiz yararlanmasını da təmin etməyi hədəfləyir.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova bildirib ki, sistemin hazırlanması istiqamətində hüquqi və texniki mexanizmlərin formalaşdırılması istiqamətində işlər görülür.
O da bildirilib ki, sistemin bu ilin sonunadək hazırlanması, sözügedən dərman vastiələrinin qarşılanması isə növbəti il üçün nəzərdə tutulub.
Daha ətraflı videomaterialı təqdim edirik: