Polşanın “Legiya” klubunda azarkeşlərin hücumuna məruz qalan Mahir Emrelinin durumu haqqında yeni məlumatlar yayılıb.
Vətəninfo.az “Sparkchronicles” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu hadisədən sonra beyin silkələnməsi olub-olmadığını yoxlamaq üçün xəstəxanada müayinədən keçib.
Forvardın baş nahiyəsində şiş əmələ gəldiyi müəyyənləşib və onda baş ağrısı da olub. Həkim Emreliyə ehtiyatlı olmağı tövsiyə edib. Futbolçu bu səbəbdən dekabrın 14-də komandanın məşqində iştirak etməyib və bu gün “Zaqlembe” ilə matçda oynamayacaq.
Bundan əlavə, Varşava təmsilçisinin idman direktoru Radoslav Kuxarski hücumçunun durumu ilə maraqlanmaq üçün onunla görüşüb.
Qeyd edək ki, fanatlar Plotsk “Visla”sına 0:1 hesabı ilə uduzduğu Ekstraklasanın XVIII tur oyunundan sonra “Legiya”nın futbolçularına hücum edib.