image-img-20240829-wa0199backend

Azər Əmiraslanov seçicilərlə görüşdü

image-reklam_sirab_01

Azər Əmiraslanov Sadıqlı kənd sakinlərini narahat edən məsələlərlə tanış oldu. 108 saylı Ağstafa Seçki Dairəsindən deputatlığa namizəd Azər Əmiraslanov təbliğat və təşviqat kompaniyası çərçivəsində Sadıqlı kənd sakinləri ilə görüşüb. Öncə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra deputatlığa namizəd Azər Əmiraslanovun və vəkillərinin çıxışları dinlənilib. Namizədin tərcümeyi halı və platforması seçicilərin diqqətinə çatdırılıb. Deputatlığa namizəd kənd sakinlərinin suallarını cavablandırıb. Kənd Ağsaqqalları və ziyalıları ilə keçirilən görüş zamanı isə maraqlı fikir mübadiləsi aparılıb. Sakinləri narahat edən məsələlər qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki