image-img-20240829-wa0040backend

Azər Əmiraslanov seçicilərlə görüşdü – FOTOLAR

image-reklam_sirab_01

Azər Əmiraslanov Muğanlı kənd sakinlərinin müraciətlərini dinlədi. 108 saylı Ağstafa Seçki dairəsindən deputatlığa namizəd Azər Əmiraslanov təbliğat və təşviqat kompaniyası çərçivəsində Muğanlı kənd sakinləri ilə görüşüb. Öncə kənd şəhidlərinin xatirəsinə inşa edilmiş abidə kompleksi ziyarət olunub,torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra deputatlığa namizəd Azər Əmiraslanovun və vəkillərinin çıxışları dinlənilib. Namizədin tərcümeyi halı və platforması seçicilərin diqqətinə çatdırılıb. Görüşdə sakinlərin ümumi və fərdi mövzudakı müraciətləri isə aidiyyatı üzrə baxılması üçün qeydiyyata alınıb. Kənd ağsaqqalları və ziyalılarla keçirilən görüşdə isə maraqlı fikir mübadiləsi aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki