image-996d2109-4f77-46b9-a648-9b7b8b772882backend

Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda bürünc medal qazanıb

image-reklam_sirab_01

Azərbaycanın idman gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

Veteninfo.az-ın məlumatına görə, halqa ilə hərəkətlərdə 14.500 xal toplayan idmançı fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

İtaliyalı Mareska Salvatore 1-ci, türkiyəli İbrahim Çolak isə 2-ci yeri tutub.

Qeyd edək ki, Nikita Simonov təsnifatda hakimlərdən 14.266 xal almışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki