image-59backend

Azərbaycan komandası Gürcüstandakı turnirdə haqsızlıqla üzləşib

image-reklam_sirab_01

Gürcüstanın paytaxtı Tbilisidə məşhur futbol şərhçisi Kote Maxaradzenin xatirəsinə həsr edilmiş idman jurnalistləri arasında Beynəlxalq Media Kubokunda qalmaqal baş verib.

Veteninfo.az-ın  məlumatına görə, Moldova yığması Azərbaycanı İdman Jurnalistləri Federasiyasının (AİJF) komandası ilə qrupdakı həlledici oyuna peşəkar futbolçularla çıxıb.

Onlardan birinin adını dəqiqləşdirmək mümkün olub. Bu, “Tiras” mini futbol komandasında çıxış edən yarımmüdafiəçi Sergey Orsuldur. 37 yaşlı oyunçu qondarma Dnestryanı mini futbol liqasında mübarizə aparır.

AİJF rəhbərliyi etirazını bildirsə də, təşkilatçılar qalmaqalı böyütməməyi xahiş ediblər. Onlar baş verənlərə görə üzürxahlıq ediblər və Moldovanı növbəti turnirə dəvət etməyəcəklərini bildiriblər.

Bu səbəbdən, Azərbaycan qrupda 3-cü yeri tutaraq medallar uğrunda mübarizə şanslarını itirib. Halbuki, Moldova ilə oyunda AİJF-ni heç-heçə də qane edirdi.

Qeyd edək ki, B qrupundakı oyunlarında Ukrayna (Kiyev) komandasına 2:4, Moldovaya isə 2:5 hesabı uduzan AİJF-nin komandası Litva ilə qarşılaşmada qələbə qazanıb – 3:1. Nəticədə Ukrayna (Kiyev) qrup lideri, Moldova isə qrup ikincisi kimi yarımfinala yüksəlib. Azərbaycan isə 5-ci yer uğrunda görüşdə Ukrayna (Odessa) ilə qarşılaşıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki