image-1667554337_photo_2022-11-04_12-05-37backend

“Azərbaycan Laçından keçən alternativ yolda postlar quracaq” – Tofiq Zülfüqarov

image-reklam_sirab_01

Erməni milyarder Ruben Vardanyanın Qarabağın sülhməramlıların nəzarətində olan hissəsində aktivliyini daha da artırır. Artıq qondarma qurumun dövlət naziri olmaq ehtimalı ciddiləşən erməni milyarderin bu yolda tək olmadığı da bariz görünür. Əksər siyasi şərhçilər də Vardaynanın Qarabağa gəlişinin arxasında Rusiyanın olduğu qənaətində idilər.

Digər tərəfdən Ermənistanın sabiq prezidenti Serj Sarkisyan dünən sülhməramlıların nəzarətində olan Xankəndinə səfər edib. Erməni mətbuatı səfərlər bağlı qeyd edir ki, Sarksiyan-Vardanyan tandeminin qurulması yönündə planlar qurulur.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ilk növbədə Sarkisyan və Vardanyanın Ermənistan vətəndaşı olmalarına diqqət çəkib:

“Buna görə də hər iki şəxsin Xankəndinə səfəri və Azərbaycana qarşı fəaliyyət aparmaları beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Və onların orada nə deməsi və etməsinin heç bir fərqi, önəmi yoxdur. Biz istənilən halda sülhməramlı kontingentin rəhbərliyinə ciddi etirazımızı bildirməliyik.

Onlar qarşısında ultimativ şəkildə tələb qoymalıyıq ki, əgər bu cür səfərlər davam edərsə, Azərbaycan öz tərəfindən Laçından Xankəndiyə gedən alternativ yolda postlar quracaq.

Bununla da sülhməramlıların nəzarəti zonasına gediş-gəliş Azərbaycan qanunları ilə tənzimlənəcək”.

Tofiq Zülfüqarov Azərbaycanın Rusiya sülhməramlı kontingentinə ünvanlayacağı tələbin nəticə verib-verməməsindən asılı olmayaraq, nəzarət postlarımızın qurulmasının vacib olduğunu vurğulayıb:

“Artıq Azərbaycanın nəzarət xidməti öz işinə başlamalı, qanunlarımızın icrası təmin edilməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki