image-img-20240702-wa0042backend

Azərbaycan Polisinin yaradılmasının 106-cı ildönümü Ağstafada qeyd olunub

image-reklam_sirab_01

Ağstafa rayon Aqrar Sənaye Kompleksində keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov, polis əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, yerli hüquq-mühafizə orqanlarının və rayon ərazisində yerləşən hərbi hissələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzin qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın daxili işlər orqanlarının fəaliyyəti daim diqqət mərkəzində saxlanılıb. Ümummilli Liderin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Dahi şəxsiyyət Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar milli kadrlarla komplektləşdirilməsi ilə bağlı önəmli fərman və sərəncamlar imzalayıb. Tədbirdə Xidməti fəaliyyətlərində fərqləndiklərinə görə bir sıra polis əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları, Ağstafa Rayon Polis Şöbəsinin Təşəkkürnaməsi və xüsusi rütbələri ilə təltif olunublar. Peşə bayramı tədbiri mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında konsert proqramı ilə davam etdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki