Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun son 2 oyunu keçiriləcək.
Veteninfo.az-ın məlumatına görə, bununla da ölkə çempionatında I dövrəyə yekun vurulacaq.
Günün ilk matçı Sumqayıtda yerli komanda ilə “Neftçi” arasında olacaq. Hazırda meydan sahibləri 7 xalla 5-ci, qonaqlar isə 13 xalla 2-ci pillədə qərarlaşıb.
Tur “Sabah” – “Qarabağ” görüşü ilə başa çatacaq. Ağdam klubu 14 xalla turnir cədvəlinə başçılıq edir. Cəmi 1 xalı olan Ramin Quliyevin başçılıq etdiyi kollektiv isə sonuncu sırada yer alıb.
Azərbaycan Premyer Liqası
VII tur
17 oktyabr (bazar)
16:30. “Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”.
18:45. “Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”.
Qeyd edək ki, ilk oyun günündə “Keşlə” səfərdə “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib. “Qəbələ” – “Zirə” görüşündə isə qalib müəyyənləşməyib – 1:1.