Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.
Veteninfo.az xəbər verir ki, günün ilk oyunu Qəbələdə baş tutub.
Şəhərin eyniadlı komandası “Səbail”i qəbul edib. Qarşılaşma əyalət təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qırmızı-qaralar”ın ilk qolunu 78-ci dəqiqədə Ülvi İsgəndərov vurub. 90+7-ci dəqiqədə isə İsnik Alimi son nöqtəni qoyub.
Bundan iki dəqiqə sonra “Qəbələ”nin kapitanı Asif Məmmədov zədələndiyi üçün əvəzlənib. Onun yerinə meydana Emil Səfərov daxil olub.
Qeyd edək ki, günün digər görüşündə “Neftçi” “Keşlə”ni qəbul edəcək. XVI turun “Zirə” – “Sabah” matçı fevralın 20-də olacaq. Turun “Qarabağ” – “Sumqayıt” oyunu mayın 12-nə təxirə salınıb.