image-29backend

Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulacaq

image-reklam_sirab_01
Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura bir oyunla yekun vurulacaq.
Veteninfo.az xəbər verir ki, “Qarabağ” “Səbail”in qonağı olacaq. “ASCO Arena”dakı qarşılaşmanın baş hakimi Rauf Allahverdiyev olacaq. Komandalar indiyədək Premyer Liqada 16 dəfə üz-üzə gəliblər. Bunların 13-də Ağdam təmsilçisi meydanı 3 xalla tərk edib. 2 görüşdə heç-heçə qeydə alınıb, 1 matçda isə “dənizçilər” texniki qələbəyə sevinib. Topların fərqində də “köhlən-atlar”ın aşkar üstünlüyü var – 29:3. “Qarabağ” texniki nəticə nəzərə alınmasa, hər oyunda qol vurub və rəqibinə uduzmayıb. Meydan sahibləri ağdamlılara qarşı son iki ev matçında heç-heçə oynayıb.

 

 

Azərbaycan Premyer Liqası, VIII tur
19:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”
8-ci turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb.
“Sabah” – “Sumqayıt” 3:0
“Neftçi” – “Zirə” 2:1
“Qəbələ” – “Keşlə” 3:2

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki