Dil hər bir millətin varlığını şərtləndirən əsas göstəricilərdən biridir. Azərbaycan xalqının varlığını yaşadan və neçə min illərdirki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayan məhz Azərbaycan dilidir. Ona görə də hər bir xalqın ana dili onun qürur mənbəyidir.
Azərbaycan xalqının tarix boyu başı bəlalar çəkmişdir. Azərbaycan xalqı zaman-zaman represiyalara məruz qalmışdır. Buna baxmayaraq öz ana dilini qoruyub saxlaya bilmişdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.
Azərbaycan dili öz geneoloji bölgüsünə görə türk dilləri ailəsinə məxsusdur. Başqa dil qrupları kimi, bu qrupa daxil olan dillər də bir-birinə morfoloji, leksik və sintaktik cəhətdən çox yaxındır. Tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi(aqlütinativ) dillər qrupuna daxildir. Yəni bu o deməkdirki, flektiv dillərdən fərqli olaraq Azərbaycan dilində olan bütün sözlərin kökləri leksik və qrammatik cəhətdən müstəqil sözlərdir.
Azərbaycan dilinin yaranma tarixi hələ orta əsrlərdə təşəkkül tapmağa başlamışdır. Bildiyimiz kimi Türk dillərinə məxsus ən qədim abidə “Orxan- Yenisey” abidələridir. Buradan aydın olurki, fonetik baxımından abidələrdə damaq-dodaq ahənglərinin, eləcə də samitlərin ahənginə rast gəlinirki, bu da Azərbaycan dilinin nə qədər möhkəm və zəngin olmasından xəbər verir.
Azərbaycan dilinin tarix üzrə ən vacib qaynaqlarından biridə “Kitabi-Dədə Qorqud” dastanıdır. Leksik baxımından bu kitabda 3000-ə yaxın söz işlənmişdir. Demək olarki, bu sözlərdən 773-ü çağdaş Azərbaycan dili ilə eynidir. Klassik dövrdə ən mühüm hadisələrdən biridə Səfəvilər dövlətinin dövründə Azərbaycan dili dövlət dili elan olunmuşdur. Bu dövrdə “Azərbaycan dili” orduda və sarayda hakim dil olmaqla imperiyanın ilk rəsmi dövlət, saray və məhkəmə dili idi.
Yeni dövrdə ən mühüm hadisələrdən biridə Azərbaycan ədəbi dilinin dövlət dili statusu olması oldu. Necəki, müstəqil dövlətin atributları olan gerb, himn və eləcə də dil məsələsi hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) hökümətinin diqqət mərkəzində olmuşdur. 1918-ci il 27 iyun tarixli fərmanı ilə
Cümhuriyyət höküməti o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi.
1920-ci il Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra dil məsələsi də əhəmiyyət kəsb etmişdir. Azərbaycan 70 il sovet hakimiyyətinin tabeçiliyində olmasına baxmayaraq Azərbaycan dili unudulmamışdır. Universitetlərdə, orta məktəblərdə və o cümlədən ana dilimizdə yüzlərlə əsərlər çap olunmuşdur.
Azərbaycan dilinin dövlət dili kimi elan edilməsi Azərbaycan SSR Konstitusiyasından (1928) təsbit olunmuşdur. Müstəqil Azərbaycan Respublikasının ümumxalq referendurumda qəbul edilmişdir. Yəni 1995-ci ildə Yeni Konstitusiyasında dövlət dilinin məhz Azərbaycan dili kimi yer alması Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan müstəqillik qazandıqdan sonra 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu. “Azərbaycan dili” Azərbaycan Respublikasının dövlət dilidir.
Azərbaycan dilinin təşəkkül tapması Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılmasında, onun daha da zənginləşdirilməsində böyük işlər görmüşdür. 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır. Və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçirilməsi qərara alınmışdır. Ümumi liderimiz Heydər Əliyev deyirdi; ” İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də ulu babalarımızdan bizə miras qalan bu ən qiymətli milli sərvətimiz olan ana dilimizi hər bir Azərbaycan övladı göz bəbəyi kimi qoruyub saxlamalıdır.
YAP-ın üzvü Abbasova Pərvanə.