image-1249f768-82f7-30eb-93e1-891c7d6ba6fa_850backend

Azərbaycanda oynamış futbolçu Afrika ölkəsinin rəmzi komandasına düşüb

image-reklam_sirab_01

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Mərkəzi Afrika Respublikasının futbol tarixinin rəmzi komandasını açıqlayıb.

Veteninfo.az-ın məlumatına görə, ən yaxşı “11-lik”də Azərbaycanda oynamış futbolçu da yer alıb.

Bu, “Zirə”nin sabiq yarımmüdafiəçisi David Manqadır.

Qeyd edək ki, Fransa PSJ-sinin yetirməsi olan 33 yaşlı oyunçu 2017/2018 mövsümündə Bakı klubunun şərəfini qoruyub. O, karyerası ərzində İsrailin “Hapoel” (Kiryat-Şmona), Avstriyanın “Ayzenştadt”, Almaniyanın “Münhen 1860” komandalarının formasını geyinib. Manqa hazırda Fransa “Rasinq”ində çıxış edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki