Oktyabrın 15-də Monteneqronun Budva şəhərində start götürəcək gənc bokçular arasında Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Azərbaycan Boks Federasiyadan “Report”a verilən məlumata görə, 9 gün davam edəcək yarışa baş məşqçi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi altında 9 boksçu yollanıb.
Turnirdə Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Kamil Babayev (54 kq), Tacı Tağızadə (57 kq), Zaur Qəhrəmanov (60 kq), Qulu Quliyev (63,5 kq), Nicat Qurbanov (71 kq), Fətəli İsmayılov (86 kq) və Rəşid Məmmədov (92 kq) qüvvəsini sınayacaq.
Budvada Fuad Aslanov hakim kimi ölkəni təmsil edəcək.