Bu gün Azərbaycanın daha 11 cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə mübarizəyə qoşulacaq.
Veteninfo.az-ın məlumatına görə, ikinci yarış günündə 73 və 81 kq çəki dərəcələrində kişi idmançılar, 63 və 70 kq-da isə qadınlar qüvvəsini sınayacaq.
Kişilər
73 kq
1/16 final. Rüfət Məmmədov – Ryo Tsukamoto (Yaponiya)
1/16 final. Telman Vəliyev – Lukas Vennokold (Almaniya)
1/8 final. Hidayət Heydərov – Mixel Adam (Almaniya) / Kornel Andries (Moldova) cütünün qalibi
1/8 final. Rüstəm Orucov – Uranbayar Odgerel (Molqolustan) / Ken Oyoşi (Yaponiya) cütünün qalibi
81 kq
1/8 final. Elcan Hacıyev – Xaknazar Nazarov (Tacikistan) / Yoşimiçi Kamoçi (Yaponiya) cütünün qalibi
1/16 final. Ömər Rəcəbli – Zebeda Rexviaşvili (Serbiya)
1/16 final. Hasil Cəfərov – Giqa Giqauri (Gürcütan)
1/16 final. Kərim Məmmədov – Murrentsen Battulqa (Monqolustan)
Qadınlar
63 kq
1/8 final. Aytac Qardaşxanlı – Qabriella Moraes (Braziliya)
70 kq
1/8 final. Südabə Ağayeva – Utana Terada (Yaponiya)
1/4 final. Günel Həsənli – Lara Çvetko (Xorvatiya).
Qeyd edək ki, Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan Böyük Dəbilqəyə noyabrın 7-də yekun vurulacaq.