Qadın cüdoçulardan ibarət Azərbaycan millisi Bakıdakı “Atilla” idman klubunda təlim-məşq toplanışındadır.
Vətəninfo.az-ın məlumatına görə, hazırlıq prosesinə 30-dək idmançı qatılıb.
Yığmanın aparıcı üzvü, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı İrina Kindzerska toplanışda iştirak etmir. Ukraynalı legioner hazırda ölkəsində olduğu üçün təlimlərə qoşulmayıb. Hazırlıq prosesi dekabrın 29-da başa çatacaq.
Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət millisi Göygöl Olimpiya Kompleksində təlim-məşq toplanışı keçir.